Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada Nizami Gəncəviyə həsr olunmuş konfrans keçiriləcək

Ankarada Nizami Gəncəviyə həsr olunmuş konfrans keçiriləcək


Türkiyənin paytaxtı Ankara şəhərində dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının zirvəsi Nizami Genceviyə həsr olunmuş konfrans keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyədəki Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi məlumat yayıb. Bildirilib ki, konfrans mayın 6-da baş tutacaq.

Tədbir Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi, Hacı Bayram Vəli Universiteti, eyni zamanda Türkiyə Tətbiq və Araşdırma Mərkəzinin birgə layihəsi əsasında keçiriləcək.

Hacı Bayram Vəli Universitetində təşkil olunacaq konfransda dahi şairin yaradıcılığından bəhs ediləcək.

Süleyman
Xəbəri paylaş