
Türkiyənin İstanbul şəhərində şiddətli zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, zəlzələnin gücü 6,2 bal olub. Yeraltı təkanlar şiddətli olduğundan ətraf şəhərlərdə də hiss edilib.
Saytımıza İstanbulda yaşayan azərbaycanlılardan birinin verdiyi xəbərə görə, yeraltı təkanlar aralıq məsafə ilə davam edir.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Silivri yaxınlığında 6,2 bal gücündə baş verən zəlzələ 6,92 kilometr dərinlikdə müəyyən edilib.
Saat 12:49-da baş verən güclü zəlzələ Mərmərə bölgəsinin əksər hissəsində hiss olunub.
Şiddətli şəkildə baş verən zəlzələ səbəbindən vətəndaşlar özlərini küçələrə atıblar.
Süleyman