Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Pakistanla müdafiə və hərbi təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Qazaxıstan Pakistanla müdafiə və hərbi təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək



Pakistan və Qazaxıstan müdafiə və hərbi təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ali Baş Komandanı, general Asim Münir arasında baş tutan görüşdə fikir mübadiləsi aparılıb.

Görüşdə eləcə də iki ölkə arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Prezident Tokayev qeyd edib ki, Qazaxıstan Pakistanı Cənubi Asiyada mühüm tərəfdaş hesab edir. O, həmçinin deyib ki, ikitərəfli münasibətlər müsbət templə inkişaf edir.

Kasım-Jomart Tokayevin sözlərinə görə, iki ölkə iqtisadi əlaqələri, o cümlədən ticarət, nəqliyyat və logistika sahələrində daha da inkişaf etdirmək üçün əhəmiyyətli potensiala malikdir.

Mehman Mehdiyev
Xəbəri paylaş