
Şamaxıda qətl hadisəsi törədilib.
Newscenter.az-ın məlumatına görə, ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon qəbiristanlığında qeydə alınıb.
İlkin məlumata görə, ər öz arvadını şəhər qəbiristanlığında öldürüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub.
Fakt araşdırılır.