Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın hakim partiyasının sədri siyasətdən getdi

Gürcüstanın hakim partiyasının sədri siyasətdən getdi


Gürcüstanın hakim partiyasının sədri İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, keçmiş baş nazir bu barədə keçirdiyi brifinqdə məlumat verib.

Qaribaşvili brifinqdə deyib: "Bu gün sizə siyasətdən getmək qərarım barədə məlumat vermək istərdim. Gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar son bir neçə həftədə səngiməyib və buna uyğun olaraq, cəmiyyət qarşısında mövcud suallara hərtərəfli cavab verməyə borcluyam".

Qeyd edək ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədridir.

Süleyman
Xəbəri paylaş