
Qazaxıstanda şokolad və qənnadı məmulatlarının istehsalı artıq ikinci ildir ki, azalıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hazırda şirniyyat məhsullarına tələbat idxal hesabına ödənilir.
Bu ilin yanvar-mart aylarında 19,4 min ton şokolad məmulatı istehsal olunub ki, bu da ötən illə müqayisədə 11,2% azdır.
Bu il yerli şirniyyatçılar şokolad və şəkərli qənnadı məmulatlarına tələbatın cəmi 38,5%-ni ödəyib. Bir il əvvəl bu rəqəm 44,5% təşkil edib. Nəticədə idxalın həcmi 12,8% artıb və hazırda Qazaxıstanda idxal tələbatın 61,5%-ni təşkil edir.
Məlumata görə, şokoladın qiymətləri 71 aydır ki, artmaqdadır. Məsələn, bu ilin mart ayında şokoladın qiyməti bir ayda 3,6%, keçən ay isə 4,5% bahalaşıb.
Mehman Mehdiyev