
"Ukraynadakı münaqişə həll olunmasa, uzun müddət uzana bilər".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp deyib. Tramp Ağ Evin Oval Ofisində Norveçin baş naziri Jonas Qahr Støre ilə protokol görüşü zamanı jurnalistlərə açıqlamasında Amerikanın əvvəlki administrasiyasının Kiyevə silah və hərbi texnikanın tədarükü və ona digər növ hərbi yardımların göstərilməsi üçün son dərəcə böyük büdcə vəsaitlərinin ayrılması barədə qərarlarını tənqid edib.
Bundan əlavə, o, Ukraynadakı münaqişədə bu və ya digər tərəfə üstünlük verməsi fikrini qəti şəkildə rədd edib. "Mənim heç kimə sədaqətim yoxdur. Həyatı xilas etməyə çalışmağa sədaqətim var", - Tramp deyib.
Mehman Mehdiyev