Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hamilə olan tələbə qızlara verilən müavinət artırılacaq

Hamilə olan tələbə qızlara verilən müavinət artırılacaq


Rusiyada hamilə olan tələbə qızlara verilən aylıq müavinətin miqdarı artırılacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası tələbə qızların hamiləliyə görə müavinətlərin artırılması haqqında qanun layihəsini təsdiqləyib.

Söhbət kolleclərdə, universitetlərdə, əlavə peşə təhsili məktəbləri, elmi təşkilatlarda əyani təhsil alan qadınlardan gedir. Hazırda 140 günlük analıq məzuniyyətinə görə müavinət təqaüd məbləğində ödənilir. Orta təqaüd məbləği 2-5 min rubl nəzərə alınmaqla, son ödəniş 9,3 ilə 23,3 min rubl arasında dəyişir.

Qanun layihəsinə əsasən, əmək qabiliyyətli əhali üçün əsas hesablama məbləğinin regional yaşayış minimumuna qədər artırılması təklif edilir. Yanvarın 1-dən tələbə qızlar üçün analıq müavinətinin orta məbləği 90 202 rubl təşkil edəcək.

Müavinətlərin təyin edilməsi və ödənilməsi səlahiyyətinin Rusiya Federasiyasının Sosial Fonduna verilməsi təklif olunur. O, federal büdcədən ödənişlər edəcək. Hazırda təhsil müəssisələri qız tələbələrə müavinət ödəyir.

Cavid İmaməliyev
Xəbəri paylaş