
Rusiya hökuməti nikahda ikili soyadın qeydiyyatını sadələşdirən qanun layihəsini dəstəkləyib.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, indi Ailə Məcəlləsinə əsasən, ər-arvad bir ümumi soyad seçə və ya hər biri öz soyadını saxlaya bilər. Başqa bir seçim "hər bir həyat yoldaşı digər həyat yoldaşının soyadını öz soyadına əlavə edir.
Həyat yoldaşlarından yalnız biri ikiqat soyad almağa qərar verdiyi hallarda, bu avtomatik olaraq edilə bilməz. Onlar qeydiyyat şöbəsinə ayrıca müraciət etməlidirlər. Yeni versiyaya görə, ər-arvaddan biri və ya hər ikisi qoşa soyad ala bilər.
Mehman Mehdiyev