
Rusiyada məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Kalininqrad məktəbində kafedə baş verən hadisə zamanı zəhərlənən şagirdlərin sayı 14-ə çatıb.
Şəhərdə yeniyetmələrdə norovirus infeksiyasına yoluxma hallarının çoxalmasına səbəb olan halların araşdırılması davam edir. Qurbanların yemək yediyi "SB39" MMC-yə məxsus "Bella Donna" iaşə müəssisəsində aşkar edilmiş çoxsaylı sanitar qayda pozuntuları laboratoriya müayinələri ilə təsdiqlənib.
Tənzimləyici orqanın məlumatına görə, məhsullarda, suda və istehsalat obyektlərində mikrobioloji çirklənmə aşkar edilib.
Anar Əliyev












































