Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zorakılığı önləmək üçün kompleks yanaşma vacibdir

Zorakılığı önləmək üçün kompleks yanaşma vacibdir


"Gənclər arasında zorakılıq və cinayət hallarının azaldılması yalnız hüquqi çərçivədə yox, həm də dəyər sisteminin gücləndirilməsi, sosial maarifləndirmə və geniş ictimai dialoq vasitəsilə mümkün olur. Bu sahədə hər bir vətəndaşın, ailənin və dövlət qurumlarının məsuliyyəti böyükdür".

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov son vaxtlar gənclər arasında cinayət hallarının artmasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, sosial mühit, məktəb və universitetlərdə aparılan tərbiyə işləri, valideynlərin rolu, peşəkar müəllim və psixoloqların fəaliyyəti birlikdə gənclərin düzgün davranış modelini öyrənməsinə yardım edə bilər:

"Zorakılığı önləmək üçün kompleks yanaşma vacibdir. Hüquq-mühafizə orqanlarının fəaliyyəti qanuni məsuliyyət çərçivəsində əhəmiyyətli olsa da, düşüncə dəyişimi və dəyər tərbiyəsi olmadan gənclər arasında bu cür hallar tamamilə qarşısı alınmaz. Məktəb və universitetlərdə etik, vətənpərvərlik və sosial məsuliyyət dərslərinin təşkili, ailələrin maarifləndirilməsi, ictimai təşəbbüslərin gücləndirilməsi və sosial şəbəkələrdə müsbət davranış nümunələrinin təbliği zorakılığın qarşısını almaq üçün effektiv vasitələrdir".

Süleyman
Xəbəri paylaş