Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda etirazlar hakimiyyəti seçim qarşısında qoyub

İranda etirazlar hakimiyyəti seçim qarşısında qoyub


"İranda etirazlar ölkənin bütün ərazilərinə yayılmaqdadır. İraqla sərhəddə yerləşən əsasən kürdlərdən ibarət olan Abdan şəhərindən rejim qüvvələri çıxıb. Oranın bütün etnik qrupları etirazlara qoşulur. Təbriz də etirazlara qoşulub".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, etirazlar sosial narazılıqdan siyasi müstəviyə keçib:

"Bunu yaradan əsas amillər əsasən İrana qarşı sanksiyalar və rejimin islahatlara getməməsidir.

Etirazlar uzun müddət davam edərsə, bir çox vilayətlərdə təhlükəsizlik orqanları etirazçılara qarşı silah işlətməyə bilər. Bu da rejimin zəifləməsi olacaq. İraqla sərhədlə yerləşən Abdan şəhərindən təhlükəsizlik qüvvələrinin çıxarılması göstərir ki, Tehran rejimi güc strukturlarına etimad göstərmir".

Ekspert hesab edir ki, İranın Ali dini rəhbəri Ə. Xamenei bütün hakimiyyəti prezidentə ötürərsə, etirazlar səngiyə bilər:

"Etirazçıların əsas tələbi Ə. Xameneiyə qarşıdır. Bu etirazlar islahatçı prezidenti deyil, mühafizəkar sistemi hədəf alıb. Bu, mühafizəkar kəsimin, islahatçı qanada uduzması deməkdir.

Mühafizəkarlar hakimiyyəti prezidentə verməsə, M. Pezeşkian istefa verə bilər. Hazırda İran rejimində bu böhrandan çıxmaq üçün iki ssenari müzakirə olunur. Birinci İsrailə raket atışı. Bu, etirazları sakitləşdirə və xalqın rejim ətrafında birləşməsinə gətirə bilər. İkinci ssenari isə, hakimiyyəti prezidentə tam təhvil verib, ishalahatlara getməkdir.

M. Pezeşkian məsuliyyeti boynuna götürə və problemi həll edə bilər. Amma, fars idioloqları Azərbaycan türkünə tam səlahiyyətlər vermək istəmir. İranda etirazlar isə, silahlı toqquşmalara yol aça bilər".

Süleyman
Xəbəri paylaş