Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizin bu günkü reallıqları və gələcəyə baxışını aydın şəkildə əksi

Ölkəmizin bu günkü reallıqları və gələcəyə baxışını aydın şəkildə əksi


"Bu gün Azərbaycan regionda və beynəlxalq müstəvidə güclü mövqeyə malik, söz sahibi olan bir dövlətdir. Bu fakt Prezident İlham Əliyevin yanvarın 5-də televiziya kanallarına verdiyi müsahibədə bir daha özünü təsdiqlədi".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki, müsahibə zamanı jurnalistlərin ünvanladığı sualları tam açıqlıq və şəffaflıq prinsipləri əsasında cavablandıran ölkə başçısı Azərbaycanın xarici siyasət kursuna da geniş şəkildə toxunub:

"O, hazırkı mərhələdə ölkəmizin bir çox dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətlər qurduğunu, beynəlxalq əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Prezident qeyd etdi ki, yürüdülən balanslı və praqmatik xarici siyasət Azərbaycanın milli maraqlarının qorunmasına və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir".


YAP təmsilçisi deyib ki, cənab İlham Əliyev Zəngəzur dəhlizi məsələsinə də xüsusi diqqət ayırdı:

"Dövlət başçısı sülh sazişinin imzalanmasının və Zəngəzur dəhlizinin açılmasının region üçün strateji əhəmiyyət daşıdığını, bu layihənin nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın güclənməsinə və uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verəcəyini qeyd etdi. Prezidentin fikrincə, bu təşəbbüslər yalnız Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin maraqlarına xidmət edən mühüm addımlardır.

Sonda vurğulamaq istərdim ki, Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi bu müsahibə ölkəmizin bu günkü reallıqlarını və gələcəyə baxışını aydın şəkildə əks etdirdi. Səsləndirilən fikirlər Azərbaycanın güclü dövlət kimi formalaşmasının məntiqi nəticəsi olduğunu bir daha göstərdi".

Anar
Xəbəri paylaş