
Ukraynada davamlı sülhə nail olmaq üçün ən yaxın nöqtəyə çatılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin XİN rəhbəri Hakan Fidan deyib.
"Bugünkü sammit vacib idi. Görüşdə ölkələrlə yanaşı, Avropa İttifaqı və NATO kimi təşkilatlar, eləcə də onların liderləri də iştirak etdilər. Mühüm məsələlər müzakirə edildi. Fikrimcə, bu müharibədə davamlı sülhə nail olmağa son dörd ildə olduğundan daha yaxınıq. Ən azından, sülh müqaviləsinin bəzi əsas aspektlərinin ətraflı müzakirə olunduğunu görürük. Türkiyə də bu prosesə töhfə verib. İnanıram ki, sülh müqaviləsi imzalanarsa, bu, təkcə Ukraynadakı müharibəyə son qoymayacaq, həm də Rusiya ilə Avropa arasında uzunmüddətli sülh parametrlərini müəyyən edəcək", - deyə Fidan Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasından sonra bildirib.
Fidan deyib ki, növbəti koalisiya iclasında sülh sazişinin imzalanması perspektivi də müzakirə olunacaq.
Anar












































