Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərviz Şahbazov Bakı və Sumqayıtdan olan vətəndaşları qəbul edib

Pərviz Şahbazov Bakı və Sumqayıtdan olan vətəndaşları qəbul edib


Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qurumda təşkil olunmuş qəbul zamanı elektrik xətlərinin kabelləşdirilməsi, sayğacların quraşdırılması, enerji sərfiyyatı üzrə borcun yaranması, mənzilin təbii qaz təchizatı və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Süleyman
Xəbəri paylaş