
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ dünyanın bilmədiyi silahlara malikdir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Aö Ev rəhbəri Davosa yola düşməzdən əvvəl deyib.
"Bizim heç kimin bilmədiyi silahlarımız var. Bu barədə heç kimə deməmək yəqin ki, yaxşı olardı, amma bizim inanılmaz silahlarımız var", - deyə Tramp bildirib.
Amerika administrasiyasının rəhbəri sözügedən silahlarla bağlı təfərrüatları açıqlamayıb.
Anar












































