
ABŞ prezidenti Donald Tramp İranı hədələyərək, həyatı təhlükədə olarsa, bütün ölkəni yer üzündən siləcəyinə söz verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, bunu Davosa yola düşmıəzdən əvvəl deyib.
"Onlar bunu etməməlidirlər. Mən onları xəbərdar etdim. Əgər bir şey baş verərsə, bütün ölkə tüstüyə qərq olacaq. Mənim çox aydın təlimatlarım var. Əgər bir şey baş verərsə, onlar yer üzündən silinəcək", - deyə Tramp bildirib.
Amerika lideri həmçinin sələfi Co Baydeni Tehrana qarşı kifayət qədər sərt mövqe tutmamaqda günahlandırdı.
"Biz həmişə düşünürdük ki, Bayden niyə heç nə demir? Əgər mən o vaxtlar burada, Ağ Evdə olsaydım və onlar mənə etdikləri kimi hər kəsi - hətta prezidenti yox, sadəcə hər kəsi - təhdid etsəydilər, mütləq onlara çox güclü zərbə vurardım", - deyə Tramp bildirib.
Anar












































