
ABŞ prezidenti Donald Trampın təyyarəsi kiçik bir nasazlıq səbəbindən Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasına qayıdıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, prezident Tramp Davosa başqa bir təyyarə ilə uçacaq.
Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərə bildirib ki, hadisəyə kiçik elektrik nasazlığı səbəb olub:
"Air Force One ehtiyat tədbiri olaraq hava bazasına qayıdacaq. Orada ABŞ prezidenti təyyarəsini dəyişəcək və başqa bir təyyarə ilə İsveçrəyə uçacaq".
Ağ Evin mətbuat açıqlamasına görə, mətbuat otağındakı işıqlar havaya qalxdıqdan qısa müddət sonra sönüb, lakin heyət buna heç bir izahat verməyib.
Anar












































