
Türkiyəyə səfəri çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, görüşdə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov da iştirak edib.
Görüşdə Özbəkistan-Türkiyə münasibətlərinin ardıcıl və müsbət şəkildə inkişaf etdiyi və qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.
Həmçinin, səfər çərçivəsində Özbəkistan və Türkiyənin Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlərinin, eləcə də təhlükəsizlik qurumlarının rəhbərlərinin iştirakı ilə “4+4” mexanizmi çərçivəsində görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlərin cari məsələləri, regional və qlobal proseslər müzakirə olunub.
Görüşdən sonra yaxın gələcək üçün Birgə Fəaliyyət Planı qəbul edilib.
Bundan əlavə, Özbəkistan və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalanıb.
Süleyman












































