Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski həyat yoldaşının şirkətindən kredit götürüb

Zelenski həyat yoldaşının şirkətindən kredit götürüb


Aktiv bəyannaməsinə görə,

Ukrayna prezidenti Volodimir Zelenski Belizdə qeydiyyatdan keçmiş və son benefisiarının həyat yoldaşı Yelena olan Film Heritage Inc. şirkətindən 1.775.935 funt sterlinq (təxminən 2,4 milyon dollar) məbləğində krediti götürüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Zelenski həmin krediti 2017-ci ildə alıb. Həmin vaxtdan bəri məbləğ dəyişməz qalıb, heç bir azalma olmayıb. Onun bəyannaməsində kredit üzrə heç bir faiz ödənişi də əks olunmayıb.

Bəyannaməyə görə, Zelenskaya Kiprdə qeydiyyatdan keçmiş Aldorante Limited, Belizdə qeydiyyatdan keçmiş Film Heritage və İtaliyada qeydiyyatdan keçmiş San Tomasso SRL şirkətlərinin son benefisiarıdır. Ukrayna mediasına görə, bu şirkətlər müxtəlif vaxtlarda Ukrayna, İtaliya və Gürcüstanda daşınmaz əmlaka sahib ola biliblər.

Bəyannaməyə görə, Zelenskaya Kiyevdə Aldorante Limited şirkəti vasitəsilə dəyəri 445.000 dollar olan 269,7 kvadratmetrlik mənzilə sahibdir. Cütlük həmçinin icarə müqaviləsi (uzunmüddətli sərəncam hüququ və satmaq seçimi) vasitəsilə Böyük Britaniyada təxminən 977.000 dollar dəyərində 91,9 kvadratmetrlik mənzilə sahibdir.

Anar
Xəbəri paylaş