Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstixana qazlarının həcmi 35 faiz azaldılacaq

İstixana qazlarının həcmi 35 faiz azaldılacaq


Yenilənmiş "Özbəkistan - 2030" strategiyası "yaşıl iqtisadiyyat"a keçidi və əsasını bərpa olunan enerji mənbələrindən istifadəni artırmağı hədəfləyir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, startegiyaya əsasən,
dövlət-özəl tərəfdaşlığı çərçivəsində su idarəetmə qurğularının sayı 2012-yə çatdırılacaq. Nasos stansiyaları modernləşdiriləcək. Elektrik enerjisi istehlakı kəskin şəkildə azaldılacaq. Sudan istifadənin səmərəliliyi 25 faiz artırılacaq. Kənd təsərrüfatı sahələrinin suya qənaət edən texnologiyalarla təmin edilməsi səviyyəsi 100 faizə çatdırılacaq.

Ümumi daxili məhsulun vahidinə düşən istixana qazlarının həcmi 2010-cu illə müqayisədə 35 faiz azaldılacaq. Bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalında (istehlakında) payı 54 faizə çatdırılacaq. Şəhər ərazilərinin ən azı 30 faizi yaşıl sahələrlə əhatə olunacaq. Bundan əlavə, respublikada adambaşına düşən yaşıl sahələrin ümumi həcmi 37,5 faiz artırılacaq.

Süleyman
Xəbəri paylaş