
Niderlandın 2026-cı ildə Ukraynaya ayırdığı hərbi yardımın ümumi məbləği 133 milyon avroya çatıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "NL Times" portalı Xarici Ticarət və Beynəlxalq İnkişaf Əməkdaşlığı üzrə dövlət katibi Aukye de Vriesə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Krallıq hökumətinin Ukraynanın enerji sektorunu dəstəkləmək üçün əlavə 23 milyon avro ayırmaq qərarından sonra 2026-cı ildə Kiyev üçün maliyyələşdirmənin miqyası bu səviyyəyə çatıb. Vəsaitlər əsasən Kiyevə xaricdən qaz təchizatını təmin etmək, zədələnmiş enerji infrastrukturunu bərpa etmək, generatorlar və kabellər də daxil olmaqla, Hollandiya istehsalı olan zəruri avadanlıqların alınması üçün istifadə olunacaq.
Portalın hesablamalarına görə, Niderland hər il Ukraynaya təxminən 3,5 milyard avro ayırır. 2026-cı il üçün Kiyevə dəstək üçün ayrılan büdcənin təxminən 2 milyard avrosu artıq 2025-ci ildə xərclənib. 2022-ci ildən bəri Niderland Kiyevin hərbi ehtiyacları üçün artıq 13,6 milyard avrodan çox vəsait ayırıb.
Anar












































