Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Tokayevə təşəkkür etdi

Tramp Tokayevə təşəkkür etdi



ABŞ prezidenti Donald Tramp Qəzza Sülh Şurasının yaradılması təşəbbüsünü dəstəklədiyinə görə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb.

Onun sözlərinə görə, Kasım-Jomart Tokayev Davos forumunda paylanan "Prezident Donald Trampın 365 günündə 365 qələbə" adlı rəsmi sənədin 177-ci bəndində Qazaxıstanın İbrahim Sazişlərinə qoşulmasının bir nailiyyət kimi göstərildiyinə diqqət çəkib.

Bundan əlavə, prezident Amerika liderinə sağlam düşüncəyə əsaslanan daxili siyasətin həyata keçirilməsində uğurlar arzulayıb.

Anar
Xəbəri paylaş