
Dövlət Departamenti Kolumbiyadakı ABŞ səfirliyinin Venesuela bölməsinə yeni ABŞ müvəqqəti işlər vəkili təyin edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu vəzifəni əvvəllər ABŞ-ın Honduras və Nikaraquadakı səfiri vəzifəsində çalışmış Laura Dogue tutub. Venesueladakı ABŞ səfirliyinin veb saytına görə, Dogue əvvəllər Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin xarici siyasət üzrə müşaviri vəzifəsində də çalışıb.
Qeyd edək ki, Dövlət Departamenti 2019-cu ilin mart ayının ortalarında Amerika səfirliyinin işçilərinin Karakasdan geri çəkildiyini və bağlandığını elan etdi. O vaxtkı dövlət katibi Maykl Pompeonun yaydığı açıqlamada bildirilirdi ki, Karakasda Amerika diplomatik heyətinin olması Vaşinqtonun Venesuela ilə bağlı siyasətinə məhdudiyyət qoyub. Bundan sonra İsveçrə ABŞ-ın Venesuelada maraqlarını təmsil edirdi. Bundan əlavə, 2019-cu ilin yazında ABŞ hökuməti Vaşinqtonda yerləşən Venesuela diplomatlarından səfirliyi tərk etmələrini tələb etdi və bununla da səfirliyi faktiki olaraq Venesuela müxalifət qüvvələrinə təhvil verdi.
Anar












































