Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləşdirib

ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləşdirib


ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib ki, Amerika qüvvələrinin əhəmiyyətli hissəsi Yaxın Şərqdə cəmləşib.

Newscenter.az TASS-a istinadən bildirir ki, o, Newsmax-a verdiyi müsahibədə ABŞ-ın İrana qarşı siyasətini müzakirə edərkən bildirib:

"Prezidentin oynaya biləcəyi çoxlu kart var. Onun nə edəcəyini dəqiq deməyəcəyəm, amma birdən çox seçimimiz olduğundan əmin olmaq istəyirik. Bölgədə çox gücümüz var" .

Vitse-prezidentin sözlərinə görə, Amerika lideri Donald Tramp sadəcə əmin olmaq istəyir ki, İran çox axmaq bir şey edərsə, ABŞ-ın ona cavab vermək üçün lazımi resursları var.

Tramp əvvəllər ABŞ-ın İranı izlədiyini və bölgəyə gəmilər də daxil olmaqla əhəmiyyətli qüvvələr göndərdiyini bildirmişdi.

Süleyman
Xəbəri paylaş