
Gürcüstanda parlament seçkiləri konstitusiya ilə nəzərdə tutulduğu kimi - 2028-ci ilin oktyabrında keçiriləcək.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze "İmedi" televiziya kanalına verdiyi müsahibədə deyib. O bildirib ki, növbədənkənar səsvermə ehtimalı nəzərdən keçirilmir .
"Əgər Gürcüstanda kimsə bu gün növbədənkənar seçkilərin keçirilməsindən qorxursa, bu, müxalifətdir. Onlar özləri bu tələbi gündəmdən çıxarıblar. Biz konstitusiya ilə müəyyən edilmiş müddətlərə riayət etməyi planlaşdırırıq. Bizim öz prinsiplərimiz və qaydalarımız var və biz inanırıq ki, Gürcüstanda siyasi proseslər konstitusiya ilə müəyyən edilmiş müddətlərə uyğun olaraq davam etməlidir. Buna görə də biz inanırıq ki, parlament seçkiləri mütləq 2028-ci il oktyabrın 28-də keçiriləcək", - deyə Kobaxidze bildirib.
Anar












































