Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orban: Macarıstan Ukraynanın növbəti 100 il ərzində AB-yə daxil olmasına icazə verməyəcək

Orban: Macarıstan Ukraynanın növbəti 100 il ərzində AB-yə daxil olmasına icazə verməyəcək


Ukrayna mövcud hökumətin ölkənin Avropa İttifaqına qoşulmasına icazə verməyəcəyini bilərək Macarıstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Baş nazir Brüsseldə keçirilən AB sammitinin nəticələrini şərh edərkən bildirib ki, Avropa Komissiyasının yol xəritəsi Ukraynanın 2027-ci ilə qədər AB-yə qoşulmasını nəzərdə tutur.

"Düşünmürəm ki, Macarıstanda növbəti 100 il ərzində ukraynalıların Avropa Birliyinə qoşulmasına səs verən bir parlament olacaq. Biz onların Aİ-yə qoşulmasını istəmirik", - deyə o bildirib.

Anar
Xəbəri paylaş