Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Suriyaya ixracı 69,6% artıb

Türkiyənin Suriyaya ixracı 69,6% artıb



Türkiyənin Suriyaya ixracı 69,6% artıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə ixracatçıları xarici satışlarını 2024-cü ildəki 1.514.101.000 dollardan keçən il 69,6% artıraraq 2.568.362.000 dollara çatdırıblar.

Ən yüksək ixrac artımı dənli bitkilər, paxlalılar, yağlı toxumlar və emal olunmuş məhsullar sektorunda 35,4% artımla müşahidə olunub. Bu sektor 700.076.000 dollar gəlir əldə edib.

Kimyəvi maddələrin və məhsulların ixracı 78,6% artaraq 299.084.000 dollara, elektrik və elektron məhsulların ixracı isə 61% artaraq 224.311.000 dollara çatıb.

Əyalətlərə görə, Qaziantep Suriyaya ən çox ixracat edən şəhər olub.

Anar
Xəbəri paylaş