
İsrail radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsində, o cümlədən bütün kiçik silahların təhvil verilməsində israr edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. Baş nazir HƏMAS-ın əlində olan avtomatik silahların sayının 60.000 olduğunu deyib.
Qüdsdə ABŞ-dakı yəhudi təşkilatlarının liderləri ilə görüşdə çıxış edən Netanyahu, İsrailin ABŞ prezidenti Donald Trampın irəli sürdüyü Qəzza zolağı üçün sülh planına sadiq qaldığını bildirib.
"B mərhələsinə keçdiyimiz zaman əvvəlcə HƏMAS tərksilah edilməli, sonra Qəzza silahsızlaşdırılmalıdır", - deyə Netanyahu bildirib.
Anklavın silahsızlaşdırılması barədə danışan Netanyahu qeyd edib ki, radikalların istifadə etdiyi yeraltı infrastrukturun bir hissəsi hələ də onun ərazisində qalır:
"Orada hələ də tunellər var. 500 kilometrlik tuneldən təxminən 150 kilometrini sökmüşük və işi başa çatdırmalıyıq".
Anar












































