Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın artan beynəlxaq nüfuzu bütün parametrlər üzrə özünü göstərir

Azərbaycanın artan beynəlxaq nüfuzu bütün parametrlər üzrə özünü göstərir


“Dünyada sabitlik məkanı, eyni zamanda müstəqil siyasi xətt yürüdərək uğurlu iqtisadi islahatlar həyata keçirən ölkə olaraq tanınan Azərbaycanın artan beynəlxaq nüfuzu bütün parametrlər üzrə özünü göstərir. Bu müsbət tendensiya təkcə ayrı-ayrı ölkələrin Bakı ilə əlaqələri dərinləşdirmək istəyində özünü büruzə vermir. Paralel olaraq qlobal miqyasda tanınan nüfuzlu beynəlxalq təşkilat və qurumlar da Azərbaycanla sıx əməkdaşlığa önəm verir, qarşılıqlı faydalı əməkdaşlığı yeni bir mərhələyə qaldırmağa çalışırlar. Bu mənada bu günlərdə İslam İnkişaf Bankı Qrupunun illik toplantısının Azərbaycanda keçirilməsini xüsusi qeyd etmək yerinə düşər”.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O bildirib ki, İslam İnkişaf Bankı Qrupunun illik toplantısının Azərbaycanda keçirilməsi təkcə iqtisadi, eyni zamanda siyasi və ölkəmizin beynəlxalq nüfuz baxımından əhəmiyyətlidir:

“Bildiyiniz kimi illik toplantıda dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, maliyyə institutlarının rəhbərləri, investorlar, sahibkarlar iştirak edirdi. İlk növbədə belə bir geniş tərkibdə nümayındə heyətlərinin Bakıya həmin illik toplantıda iştirak etmək üçün səfər etməsi hər şeydən əvvəl Azərbaycanın etibarlı tərəfdaş və sabit iqtisadi mühitə malik dövlət olduğunu bir daha təsdiqləyir. Bu təkcə ölkəmizin qeyd etdiyim parametrlər üzrə təsdiqlənməsi deyil, eyni zamanda həmin ölkələr tərəfindən tanınmasıdır. Belə tədbirlərə ev sahibliyi etmək eyni zamanda ölkənin beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf etdiyini və qlobal iqtisadi proseslərdə fəal iştirak etdiyini göstərir”.

İlham Məmmədov qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun illik toplantısının Bakıda keçirilməsinin müsbət tərəflərindən biri də ondan ibarətdir ki, ölkəmizin, sahibkarların investisiya imkanları genişlənir:

“Tədbir zamanı Azərbaycanın iqtisadi potensialı, həyata keçirilən islahatlar, əlverişli biznes mühiti və perspektivli layihələri xarici investorların diqqətinə çatdırılır. Bu isə ölkəyə yeni investisiyaların cəlb olunmasına, müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır. Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün xarici investisiyaların cəlb olunması böyük əhəmiyyət kəsb edir”.

Deputat qeyd edib ki, sözügedən toplantı Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri, xüsusilə də Qarabağda görülən işlərin təqdimatı baxımından da əhəmiyyətlidir. İlham Məmmədov bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin toplantıda çıxışı qeyd edilən istiqamətlərdə görülən işlər barədə iştirakçılarda aydın təsəvvür yaratdı:

“Dövlət başçısı bildiridi ki, hazırda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunlara su anbarları, su kanalları, elektrik stansiyaları, artıq istifadəyə verilmiş beynəlxalq hava limanları, tunellər və körpülər daxildir. Azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində bizim səylərimizi dəstəklədiyinə görə İslam İnkişaf Bankı Qrupuna minnətdarıq. Bu gün bu məsələ hökumətimizin əsas prioritetlərindən biridir, lakin yeganə prioritet deyil. Əminəm ki, Qrup çərçivəsində aparılan müzakirələr zamanı bu mövzular geniş şəkildə nəzərdən keçirilib”.

Süleyman
Xəbəri paylaş