Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib” - Azər Məmmədov

“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib” - Azər Məmmədov


“Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təsdiqi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin tədbirin açılış mərasimində səsləndirdiyi fikirlər göstərir ki, ölkənin son illərdə qazandığı uğurlar təsadüfi deyil, milli maraqlara söykənən və uzunmüddətli hədəflərə hesablanmış inkişaf strategiyasının məntiqi nəticəsidir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul olunması həm siyasi sabitliyin, həm də ardıcıl iqtisadi siyasətin mühüm göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın sabit və uğurlu inkişafı həyata keçirilən milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Məhz bu yanaşma ölkəyə qlobal proseslərdə fəal iştirak etmək, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı münasibətlər qurmaq imkanı yaradıb. Xarici siyasətdə balanslaşdırılmış xətt ölkəmizin həm regional, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb. Bu amil Azərbaycanın nüfuzunu gücləndirməklə yanaşı, xarici investisiyaların cəlb edilməsinə və yeni iqtisadi imkanların formalaşmasına da müsbət təsir göstərir.”

Newscenter.az xəbər verir ki, bu fikirləri aia.az saytının baş redaktoru Azər Məmmədov deyib.

Baş redaktorun təhlilində xüsusi olaraq vurğulanır ki, Azərbaycanın ardıcıl şəkildə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizə olan etimadın mühüm göstəricilərindən biridir: “2010-cu ildə İslam İnkişaf Bankı Qrupunun illik toplantısından sonra ölkəmiz dünyanın diqqət mərkəzində olan çoxsaylı tədbirləri yüksək səviyyədə təşkil edib. Xüsusilə COP29-un uğurla keçirilməsi Azərbaycanın qlobal iqlim gündəliyinə mühüm töhfə vermək potensialını nümayiş etdirdi. Ardınca təşkil olunan Ümumdünya Şəhərsalma Forumu isə ölkənin urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi istiqamətində topladığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşmək imkanını yaratdı. Bu tədbirlər Azərbaycanın fəaliyyət gündəliyinin yalnız enerji ilə məhdudlaşmadığını, iqtisadiyyat, ekologiya, şəhərsalma və humanitar əməkdaşlıq kimi müxtəlif istiqamətləri əhatə etdiyini göstərir. Enerji sahəsində əldə olunan nailiyyətlər isə Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Hazırda ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir və bu coğrafiyanın genişlənməsi davam edir. Boru kəməri vasitəsilə qaz təchizatının coğrafiyasına görə lider mövqedə qərarlaşmaq Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını göstərir. Bu siyasət təkcə iqtisadi gəlirlərin artmasına xidmət etmir, həm də ölkəmizin beynəlxalq münasibətlər sistemində strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir” – deyə, media təmsilçisi fikirlərini tamamlayıb.
Xəbəri paylaş