
Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, səfər çərçivəsində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavinləri Əkrəm Əliyev və Mustafa Tuzcunun həmsədrlik etdiyi iki ölkə arasında Güzəştli Ticarət Sazişi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Danışıqlar zamanı bərabər əsasda güzəştli ticarətə tabe olan məhsulların siyahısının daha da genişləndirilməsi məsələsi ətraflı müzakirə edilib və danışıqların üçüncü raundunun nəticələri üzrə qarşılıqlı razılıq əldə edilib. Həmçinin, qarşılıqlı maraq doğuran əlavə mal növlərinin siyahıya daxil edilməsi ilə bağlı əldə edilən nəticələri özündə əks etdirən yekun protokol imzalanıb.
Qeyd edilib ki, qəbul edilən qərarlar qarşılıqlı ticarətin canlandırılması, ixrac-idxal əməliyyatlarının miqyasının genişləndirilməsi və ticarətin dəyərini 5 milyard dollara çatdırmaq istiqamətində mühüm addımdır.
Süleyman












































