
ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 17,4 milyon barel artaraq 424,4 milyon barelə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, mövcud ehtiyat səviyyəsinin ilin bu dövrü üçün beş illik orta səviyyədən 2% aşağı olduğu müəyyən edilib.
Londonun ICE birjasında Brent markalı xam neftin fyuçerslərinin qiyməti 0,4% azalaraq bir barel üçün 88,55 dollara, WTI markalı xam neftin fyuçerslərinin qiyməti isə 0,63% azalaraq bir barel üçün 82,68 dollara düşüb.
Qeyd edək ki, bəzi ekspertlər İran ətrafında baş verənlər və Hörmüz boğazında gəmilərin hərəkətinə yaradılan maneələr səbəbindən ABŞ-ın neft ehtiyatlarının azaldığını iddia edirlər.
Arzu











































