
ABŞ Dövlət Departamenti Pakistanı müdafiə və kəşfiyyat büdcələrinə parlament nəzarətinin yetərli olmamasına görə tənqid edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Dövlət Departamentinin 2026-cı il Maliyyə Şəffaflığı Hesabatında deyilir:
"Pakistanın müdafiə və kəşfiyyat büdcələri kifayət qədər parlament və ya vətəndaş cəmiyyəti nəzarəti olmadan qalır. Pakistan hakimiyyət orqanlarının iyun ayında 2026-2027 maliyyə ili üçün büdcə layihəsinin açıqlanmasında gecikmələri müdafiə və kəşfiyyat xərclərinin yoxlanılması üçün vaxtı məhdudlaşdırdı.
Dövlət Departamenti Pakistanı müdafiə məsələlərində şəffaflığı artırmağa və hərbi və kəşfiyyat büdcələrinə parlament nəzarətini təmin etməyə çağırıb.
Pakistanın 2026-2027 maliyyə ili üçün müdafiə büdcəsi ilk dəfə rekord həddə - 3 trilyon rupiyə (təxminən 10,8 milyard dollar) çatıb. Bu, 2025-ci illə müqayisədə 17,65% artım deməkdir və müdafiə xərcləri ümumi büdcə xərclərinin təxminən 16%-ni təşkil edir.
Süleyman











































