Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib

Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib


Avqustun 12-də Parlamentlərarası İttifaqın (PAİ) təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Daha gənc və fərqli tərkibli parlamentlərin qurulması” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Newscenter.az xəbər verir ki. onlayn tədbirə Milli Məclisin deputatları Səbinə Xasayeva və Kamal Cəfərov qatılıblar.

Gənc parlamentariləri, beynəlxalq tərəfdaşları, vətəndaş cəmiyyəti təşkilatlarını və maraqlı tərəfləri bir araya gətirən toplantıda gənclərin parlamentlərdə təmsilçiliyi, gənclər arasında təcrübə mübadiləsi, bir sıra təşəbbüslərin araşdırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş