Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Badamov seçiciləri ilə görüşüb

Deputat Azər Badamov seçiciləri ilə görüşüb


qust 2026-cı il tarixində Düztahir kəndində sakinlərlə səyyar görüş keçirərək kənd əhalisi ilə səmimi söhbət etdik, onları narahat edən məsələləri dinlədik və gündəlik qayğıları ilə maraqlandıq.
Görüş zamanı kənd sakinləri yaşayış məntəqəsinə qaz xətlərinin çəkilməsi və əhalinin təbii qazla təmin olunması istiqamətində görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sevindirici haldır ki, ötən illərlə müqayisədə kəndlərdə sosial və infrastruktur problemlərinin böyük əksəriyyəti öz həllini tapıb. Təxminən 15 il əvvəl kəndlərə səfərlərimiz zamanı sakinlərin əsas müraciətləri yol, rabitə, məktəb, qaz, elektrik enerjisi və digər fundamental infrastruktur məsələləri ilə bağlı olurdu. Bu gün isə həmin problemlərin əksəriyyətinin həllini tapması insanların müraciətlərinin və gündəlik qayğılarının da əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub.

Hazırda sakinlər tərəfindən səsləndirilən məsələlər, əsasən, gündəlik həyatlarını narahat edən, daha lokal xarakter daşıyan problemlərlə bağlıdır. Bu isə, öz növbəsində, regionlarda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin və dövlət proqramlarının müsbət nəticələrinin göstəricisidir.
Səyyar görüşlərin keçirilməsində əsas məqsəd sakinlərlə birbaşa ünsiyyət qurmaq, onları narahat edən məsələləri yerində öyrənmək, problemlərin həlli üçün aidiyyəti qurumlarla müvafiq iş aparmaq və nəticələrin təmin olunmasına çalışmaqdır.
Düztahir kəndində keçirilən görüş zamanı səsləndirilən müraciət və təkliflər diqqətlə dinlənildi. Sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə müvafiq addımların atılması təmin ediləcək.
Sakinlərlə belə görüşlərin keçirilməsi həm mövcud problemlərin operativ şəkildə müəyyənləşdirilməsinə, həm də əhali ilə dövlət qurumları arasında birbaşa və səmərəli əlaqənin daha da gücləndirilməsinə xidmət edir.
Xəbəri paylaş