
Rusiya hərbçiləri gün ərzində Odessa, Oçakov və Çornomorsk limanlarında hədəflərə zərbələr endiriblər.
Newscenter.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin liman infrastrukturuna və dəniz gəmilərini zərbələr nəticəsində məhv edib.
Rusiya hərbçiləri Odessa limanında elektron müharibə sistemləri ilə təchiz olunmuş hərbi texnika daşıyan quru yük gəmisini, Ukrayna Silahlı Qüvvələri üçün yanacaq daşıyan tankeri zərbəyə məruz qoyublar.
Həmçinin, Rusiya Ordusu PUA-lardan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin bölmələrini yanacaqla təmin edən Odessa limanındakı yanacaq-sürtkü bazasını vurub.
Rusiya Silahlı Qüvvələri Çernomorsk limanında hərbi yüklərin boşaldılması və saxlanması üçün istifadə olunan yanacaq saxlama çənlərinə və liman infrastruktur obyektlərinə də zərbə endirib.
Anar











































