
Özbəkistan xarici işlər nazirinin birinci müavini Bəhromjon Aloyev Tehranda İranın mədəni irs, turizm və əl işləri naziri Seyid Rza Salihi-Əmiri ilə görüşüb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Söhbət zamanı ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, turist mübadiləsinin inkişafı, mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Aloyev həmçinin İranın yol və şəhərsalma naziri Fərzona Sodiq ilə danışıqlar aparıb.
Tərəflər beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, logistika səmərəliliyinin artırılması və iki ölkə arasında yük daşınmasının artırılması imkanlarını nəzərdən keçiriblər.
Görüşlərdə müvafiq departamentlər arasında əlaqələrin intensivləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlinib.
Süleyman












































