Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziyada baş verən zəlzələ 80 min insanı evsiz qoyub

İndoneziyada baş verən zəlzələ 80 min insanı evsiz qoyub


İndoneziyanın Şərqi Nusa Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 80 mindən çox insan evsiz qalıb.

Newscenter.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin Azaldılması Agentliyi məlumat yayıb. Agentlik bildirib ki, təxminən 29 min evə ziyan dəyib. Zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Açıqlamada qeyd olunur ki, təbii fəlakət nəticəsində 900 nəfər yaralanıb, 18019 ailə zərər çəkib. 82691 nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

15 avqustda İndoneziyanın Şərqi Nusa Tenqara əyalətindəki Flores adası sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. İndoneziyanın maliyyə naziri Purbaya Yudhi Sadeva hökumətin zəlzələdən zərər çəkən ərazilərin sakinlərinə yardım göstərmək üçün 44 milyard İndoneziya rupisi (2,47 milyon dollar) ayırdığını açıqlayıb.

Anar
Xəbəri paylaş