Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyev və Ukraynanın dörd bölgəsinin sakinləri elektriksiz qalıb

Kiyev və Ukraynanın dörd bölgəsinin sakinləri elektriksiz qalıb


Bu gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyev və ətraf ərazilərə ballistik raketlərlə endirdiyi hava zərbələri nəticəsində paytaxt daxil olmaqla 4 vilayətdə ciddi enerji böhranı yaranıb.

Newscenter.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Telegram kanalında məlumat verilib.

Məlumatda bildirilib ki, Kiyev və Dnepropetrovsk, Kiyev, Odessa və Xarkov vilayətlərinin sakinləri enerji obyektlərinə dəyən ziyan səbəbindən elektriksiz qalıblar.

Eyni səbəblərdən Donbas və Zaporojye bölgəsində də elektrik təchizatı dayandırılıb.

Qeyd edək ki, hava zərbələri nəticəsində ölən və yaralananlar da var.

Anar
Xəbəri paylaş