Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı açıqlandı


Türkiyə əhalisi 1 iyul tarixinə 86.320.602 nəfərə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb. Statistikaya görə, 2025-ci ilin sonunda 86.092.168 nəfər olacağı proqnozlaşdırılan ölkə əhalisi bu ilin ilk altı ayında 228.434 nəfər artıb. Əhali 1 may - 1 iyul tarixləri arasında 123.904 nəfər artıb.

Kişi əhalisi 50,01% (43.170.975 nəfər), qadın əhalisi isə 49,99% (43.149.627 nəfər) təşkil edib.

Süleyman
Xəbəri paylaş