
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) 2024-cü ildə əmələ gələn 222 metr diametrli krater aşkar edib.
Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, "Science Advances" elmi jurnalının köşə yazarları bunu Günəş sistemində kəşf edilmiş ən böyük müasir zərbə krateri adlandırıblar.
Nəşrdə deyilir: "2025-ci ilin payızında Ay Kəşfiyyat Orbiterinin ultra genişbucaqlı linzasından götürülmüş görüntülərin müntəzəm müqayisəsi nəticəsində 2024-cü ilin yazında əmələ gələn diametri 222 metr olan yeni bir krater aşkar edilib. Bu, Günəş Sistemində kəşf edilmiş ən böyük müasir zərbə krateridir və mövcud modellərə görə, belə bir krater hər 132 ildə bir dəfə baş verir".
Son hesablamalara görə, Ayda diametri 1 ilə 20 km arasında olan təxminən 5000, diametri 10 m-dən 1 km-ə qədər olan təxminən 1 milyon və diametri 10 m-dən kiçik təxminən 1 milyard krater var.
Anar













































