Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub



Rusiyanın Krasnodar diyarında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, yeraltı təkanlar Novorossiyskdən 41 km aralıda baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri 250 mindən çox əhalisi olan Novorossiysk şəhərindən şimal-qərbdə və Kuban kəndi Varenikovskayadan 12 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Anar
Xəbəri paylaş