
Milli Məclisin deputatı Pərvanə Vəliyeva İcbari Tibbi Sığorta Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev və onun müavini Nigar Bayramova ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Deputat qeyd edib ki, görüş çox məhsuldar görüşümüz baş tutub:
"Görüşdə Xətai rayonu, 35 saylı seçki dairəsi üzrə vətəndaşların qaldırdıqları səhiyyə ilə əlaqəli məsələləri müzakirə etdik. Həmçinin, ölkəmizin səhiyyə sisteminin inkişafı, eləcə də səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə mümkün töhfələrlə bağlı maraqlı fikir mübadiləsi apardıq".
Süleyman