
Almaniyanın xarici işlər naziri Johann Vadeful hesab edir ki, Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds birlikdə götürüldükdə gələcək Fələstin dövlətinin əsasını təşkil edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, bu barədə Berlində iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə birgə mətbuat konfransında bildirib.
"Almaniya hökumətinə aydındır ki, Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsü vahid bir qurum təşkil edir. Onlar gələcək Fələstin dövlətinin əsasını təşkil edirlər", - Vadeful deyib.
O vurğulayıb ki, Almaniya hökuməti bu məqsədlə fəallığını davam etdirir:
"Lakin hər şey lakin danışıqlar yolu ilə həllini tapmalıdır".
Cavid











































