
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Ukrayna sülh prosesi həlledici mərhələdədir.
Newscenter.az xəbər verir ki, o, bu barədə Ukraynaya yardım etmək istəyənlərin koalisiyasının iclasında bildirib.
"Biz aydın şəkildə həlledici andayıq. Danışıqlar yeni sürət qazanır və biz bu sürətdən istifadə etməliyik", - deyə o bildirib.
Makron qeyd edib ki, nəhayət, yaxşı sülhə doğru real irəliləyiş əldə etmək şansı var.
Fransa prezientinin sözlərinə görə, “yaxşı sülhün əsas şərti kağız üzərində qalan vədlər deyil, etibarlı, həqiqətən də davamlı təhlükəsizlik zəmanətləri toplusudur.
Qeyd edək ki, ötən həftə Vaşinqtonun Ukrayna nizamlanması üçün 28 bəndlik plan təklif etdiyi açıqlanıb. Bu plan Kiyevin Avropadakı tərəfdaşlarını qəzəbləndirib.
Fuad











































