Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət təhlükəsizliyi sadəcə struktur deyil, dövlətin sütunudur

Dövlət təhlükəsizliyi sadəcə struktur deyil, dövlətin sütunudur


"Dövlət təhlükəsizliyi sadəcə struktur deyil, dövlətin sütunudur, onun görünməyən qalasıdır, sabitliyin və gələcəyin təminatçısıdır. Bu sahədə xidmət edən insanlar isə səssiz qəhrəmanlardır, onların fəaliyyəti çox zaman görünməz qalır, lakin nəticəsi bütöv bir millətin təhlükəsiz və sabit həyatıdır".

Newscenter.az xəbər verir ki, bunları Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri David Seliverstov, Azərbaycan təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Peşə bayramı münasibətilə dövlətimizin təhlükəsizliyini, suverenliyini və konstitusion əsaslarını qoruyan bütün əməkdaşları səmimi qəlbdən təbrik edən David Seliverstov bildirib ki, onların peşəkarlığı, prinsipial mövqeyi və dövlətə sədaqəti hər zaman yüksək qiymətə layiqdir:

"Sizə möhkəm cansağlığı, qətiyyət, uğurlar və şərəfli xidmət yolunda davamlı nailiyyətlər arzulayırıq".

Süleyman
Xəbəri paylaş