
Həm Putin, həm də Zelenski Ukraynada nizamlanma üçün lazımi güzəştlərə gedəcəklərinə əminəm.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib. Tramp bu məqsədlə Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüşü dəstəklədiyini də bildirib. Ağ Evdə jurnalistlərlə söhbətində Tramp bildirib ki, belə bir görüşün baş tutması əla olardı.
"Onlar bu münaqişəyə son qoymalıdırlar", - deyə Amerika lideri bildirib.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Rusiya prezidenti ilə görüşmək istədiyi təqdirdə istənilən vaxt Moskvaya gələ biləcəyini demişdi.
Arzu












































