Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konstitusiya islahatları Ermənistanda asan başa gəlməyəcək

Konstitusiya islahatları Ermənistanda asan başa gəlməyəcək


"Ermənistanla Azərbaycan arasında imzalanacaq yekun sülh sazişinin sürəti İrəvanın konstitusiya dəyişikliyi ilə bağlı keçirəcəyi referendumdan bilavasitə asılıdır. Azərbaycanın sülh gündəliyi və şərtləri dəyişməyib. Paşinyanın fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz xalqını sülhə hazırlamaqdır. 7 iyunda keçirilən parlament seçkilərinin yekun nəticəsi göstərdi ki, konstitusiya islahatları Ermənistanda elə də asan başa gəlməyəcək".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, erməni cəmiyyətində köklü tranformasiyalar hələ də baş verməyib:

"Xalqın təxminən yarısı sülh platformasını əxz etməyib və Moskvanın əhəmiyyətli təsiri qalır. Doğrudur bu seçkidə Paşinyan qalib gəldi, ancaq 2021-ci illə müqayisədə təxminən 5 faiz civarında səs itkisinə məruz qaldı. Müxalifət yerini möhkəmləndirdi. Bu seçki Moskvanın "B" planına uyğun oldu desək yanılmarıq. Bundan sonra əgər Paşinyan qətiyyətli və inamlı addımlar atmasa sülh prosesi axsaya bilər. Çünki sülh sazişinin təkcə dövlətlər arasında deyil, xalqlar arasında bağlanması üçün Ermənistan hakimiyyəti təğlibatı və maarifləndirmə işləri ilə barabər, paralel olaraq da buna əngəl törədə biləcək faktorları və problemləri çözməlidir".

Əli Orucov qeyd edib ki, Qərbin bundan sonra göstərəcəyi mövqe də diqqətdə olacaq.


Süleyman
Xəbəri paylaş