Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya qazının Özbəkistana tranziti artırılacaq

Rusiya qazının Özbəkistana tranziti artırılacaq


Qazaxıstan Rusiya qazının Özbəkistana tranzitini artırmağa hazırdır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib.

“Bizim belə bir imkanımız var, hər şey nəqliyyat infrastrukturundan asılıdır. Qazaxıstan tərəfində bunun üçün hər şey hazırdır. İndi bildiyim qədəri ilə Rusiya tərəfi Özbəkistanla danışıqlar aparır”, - deyə Akkenjenov bildirib.

Onun sözlərinə görə, məsələ tədarükü 11 milyard kubmetrə çatdırmaqdan gedir.

Daha əvvəl Rusiyanın “Qazprom” şirkətinin Özbəkistana qaz tədarükünü 2025-ci ilin sonuna qədər 15 faiz artıraraq 6,5 milyard kubmetrə çatdırdığı bildirilirdi.

Qeyd edək ki, Rusiya qazının Qazaxıstan ərazisi vasitəsilə Özbəkistana tədarükü 2023-cü ildə başlayıb. Tədarük “Orta Asiya - Mərkəz” magistral qaz kəməri sistemi vasitəsilə həyata keçirilir.

Süleyman
Xəbəri paylaş